Bu günlərdə vərəm xəstəsi olan 10 günün əsgərinin ölümüylə gündəmə gələn Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətində (SHXÇDX) ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin daha bir keçmiş əməkdaşına vəzifə verilib.
Mia.az-ın əldə etdiyi məlumata görə, xidmət rəhbəri Mürsəl İbarimovun əmriylə keçmiş MTN-çi Ağasi Əzimov SHXÇDX- nin Təchizat İdarəsinin rəisi təyin olunub.
Məlumata görə, Ağasi Əzimov MTN ləğv ediləndən sonra "Azərişıq" ASC-də işləyib...
Onun xidmət rəisi M.İbrahimovla qohumluq əlaqəsinin hazırkı təyinatında müstəsna rol oynadığı da deyilir.
Xatırladaq ki, SHXÇDX-də xeyli keçmiş MTTN-çilər vəzifə tutur. Onların arasında Hüquq İdarəsinin rəisi Bəxtiyar Hacıyev, qalmaqallı sabiq MTN-çi Tehran Babatov, həmçinin Kadrlar Baş İdarəsinin rəisi Hikmət İsbatovun adını çəkmək olar...
Samir Musayev
MİA.AZ