Bu gün Naxçıvan Muxtar Respublikasına Baş naziri təyin olunub.
Mia.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib.
Bildirlib kii, Azərbaycan Prezidentinin təqdimatı əsasında Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub.
Qeyd edək ki, indiyədək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Cabbar Hafiz oğlu Musayev 1981-ci ildə bu şəhərdə doğulub.
O, Türkiyənin Ankara şəhərində ali təhsil alıb. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə kredit” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.
2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib. 2013-2016-cı illərdə “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktor müavini, 2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışıb.
Prezidentin 4 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Dövlət qulluğunun müşaviridir. Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.