Rusiya ordusu Ukraynada daha iki qəsəbəni ələ keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumı və Xarkov vilayətlərində Şimal Hərbi Birləşmənin bölmələri Sumı bölgəsindəki Sidorovka qəsəbəsiylə,  Qərb Hərbi Birləşməsinin bölmələri isə Xarkov bölgəsində Qluşovka qəsəbəsinə nəzarəti ələ keçirib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi dünən Xarkov bölgəsindəki Çuqunovka yaşayış məntəqəsini də işğal edib.

Tahir Şəlvəli

MİA.AZ