"Qərb uzun müddət əxlaq üstünlüyü ilə öyünüb. Lakin bu gün biz görürük ki, bu iddia tamamilə çöküb"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu fikri Macarıstan Baş naziri Viktor Orban qatıldığı tədbirdə Avropa İttifaqına yönəlik sərt çıxışında səsləndirib.

Orban iddia edib ki, Brüsseldən ölkəsinə axan pullar Macarıstan hökumətinə qarşı "işləyən aktorlar"a köçürülür: "Qərb uzun müddət mənəvi üstünlükdən, əxlaqi dəyərlərdən danışıb, öyünüb. Lakin bu, həmişə onun maliyyə maraqları ilə üst-üstə düşüb. Bu gün bu iddia iflasa uğrayıb, çəküb. Artiq Avropa İttifaqının (Aİ)etibarlılığı itib. Qərb artıq dünyada nümunə deyil. Avropa tənəzzül dövründədir. Aİ bu gün haqsız sanksiyalar, müharibə ocaqlarını davam etdirmək, Ukraynaya necə pul göndərmək və milli işlərə müdaxiləyə can atan bir sistemdir. Biz bunu qəbul edə bilmərik. Artıq Macarıstanın təqlid edə biləcəyi xarici model yoxdur. Macarıstanın indi yalnız öz milli maraqlarına əsaslanaraq hərəkət etməlidir və edir..."

Samir MUSAYEV

MİA.AZ