ABŞ-da pedofil milyarderi cinayətləri üzəd çıxdıqdan sonra həbsdə müəmmalı şəkildə öldüyü deyilən, lakin hələ zamandan bu sirli ölüm faktına şübhə ilə yanaşanlar ortaya yeni iddia atıblar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sosial mediada paylaşılan və Ceffri Epşteynin olduğu iddia edilən bir fotoşəkil artıq dünyanın aparıcı media orqanlarında tirajlanmağa başlayıb.
İki mühafizəçini arasında ABŞ-da yeni çəkildiyi deyilən foto ilə bağlı yazılarda iddia olunur ki, əxlaqsız milyarder tanınmaması üçün saç və saqqalını uzadıb. Lakin yerişi, fiziki görkəmi və bəzi davranışları eynən onu xatırladır.

Maraqlı burasıdır ki, ABŞ-ın aparıcı media orqanları da bu barədə yazıb. Lakin iddiaya hələ də rəsmi münasibət bildirilməyib.
Xatırladaq ki, Epşteyn 2019-cu ildə Nyu-York həbsxanasında ölü tapılıb. Oonun ölümünün intihar olub-olmadığı o vaxtdan müzakirə olunur. Sosial mediada paylaşılan və tez bir zamanda geniş diqqət çəkən bir fotoşəkil Ceffri Epşteyn işi ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Hüseyn Namazov
MİA.AZ