Bu gün Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev və Xarkova raket və PUA-larla hücum edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko açıqlama verib.
O bildirib ki, nəticədə Kiyevdə bir uşaq bağçasına və bəzi binalara ciddi ziyan dəyib, iki nəfər yaralanıb.
Xarkov meri İqor Terexov da gecə və səhər saatlarında şəhərə raket hücumları olduğunu təsdiqləyib, lakin itki haqqında danışmayıb..
Ukrayna Hərbi Hava Qüvvələrindən isə bildirilib ki, Rusiya Ukraynaya 2 "İskəndər-M" ballistik raketi və ümumilikdə 183 "Şahad", "Gerbera" və "İtalmas" tipli PUA ilə hücuma başlayıb: "Hava hücumundan müdafiə qüvvələri 156 PUA-nı zərərsizləşdirib. İki raket və digər PUA-lar isə ölkə daxilində 16 yerə vurub..."
Hüseyn Namazov
MİA.AZ