"Bu kənddə 220 ev var, burada cəmi 30 qədər evə qaz çəkilib. Mınim doğulduğum Xəlfəli kəndndə idə heç bir evə qaz çəkilməyib".
Mia.az xəbər verir ki, bunu İmişlinin deputatı qonağı olduğu Xəlfəli kənd sakininin evində deyib.
O bildirib ki, "Azəriqaz" kənd sakinlərinn evlərinin sənəd çatışmazlığını əsas gətirib, qaz çəkilişindən imtina edir: "Camaat evinin yanından keçən qaz xəttinə niyə qoşula bilmir? İndi mən aidiyyatı orqanlara sual edirəm: adamlar neyləməlidir? Donmaldırmı?"
Deputatın sözlərinə görə, bu sənəd problemini sadələşdirmək mütləqdir: "Camaata adi yulğun kolunu da qırıb yandrmağa qoymurlar. Neyləməlidir bu insanlar?
Mən buradan hökumətə və müvafiq qurumlara səslənirəm: camaatın yolunu açaq!
Hökumət dövləti yaşadan vətəndaşı düşünməlidiir. Bu, böyük sosial siqnalıdr və tezliklə həllini tapmalıdır".
Firudin Səfərli
MİA.AZ