"Beşiktaş" Emmanuel Aqbadunun transferi üçün "Vulverhempton"la danışıqları yenidən bərpa edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş" transferi tez bir zamanda başa çatdırmaq istəyir.

Uzun müddətdir ki, bu transferi tamamlamaq istəyən "Beşiktaş" klubu ötən həftə danışıqları dayandırıb.

Rəhbərlik oyunçu üçün əlaqələrini gücləndirib.

1.92 metr boyunda, 28 yaşlı müdafiəçi üçün transferə başlayan prezident Serdal Adalı bu transferi müsbət şəkildə başa çatdırmaq istəyir.

Fərid

MİA.AZ