Türk kinosunun sevilən aktrisalarından olan və hazırda xərçəngdən müalicı olunan  Səadət Gürsesin maddi çətinliklərdən gileylənməsinə tanınmış mafiya liderlərindən Sedat peker səssiz qalmayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Səadət Gürsesin 2 milyon TL-dən çox  (təxminən 78 min manat) borcunu qapadıb.

Bu barədə Gürses sosial media hesabında Sedat Pekerə təşəkkür edən bir video paylaşıb.

Xatırladaq ki, "Yeşilçam"ın unudulmaz aktrisalarından biri olan 64 yaşlı Səadət Gürses xərçənglə uzunmüddətli mübarizəsində qalib gəldikdən sonra maddi çətinliklərlə üzləşdiyini açıqlamışdı.

"İnek Şaban", "İyi Aile Çocuğu" və "Dokunmayın Şabanıma" kimi filmlərdə iz qoyan Səadət Gürses ölkənin populyar aktrisalaerından olub.

Ləman

MİA.AZ