İngiltərə təmsilçisi "Fulhem" Rikardo Pepini transfer etməyə yaxınlaşıb
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Fulhem" "PSV"nin hücumçunun transferi ilə bağlı razılıq əldə edib.
23 yaşlı futbolçu Rikardo Pepi Premyer Liqa klubuna keçməyə razılıq verib.
Bu transfer 37 milyon avro qarşılığında həyata keçiriləcək və bu "Fulhem" tarixinin ən bahalı transferi olacaq.
Rikardo Pepi, "PSV"nin heyətində keçirdiyi 22 matçda 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, oyunçunun "Transfermarkt" dəyəri 15 milyon avrodur.
Fərid
MİA.AZ