Ötən gecə Avropa Liqasının Liqa mərhələsininnson oyunlarlı keçirilib.

Mia.az xəbər verir ki, turnirdə Türkiyəi təmsil edən "Fənərbağça" səfərdə FCSB ilə oyunda hesabda önə çıxsa da, nəticəni sonadək qoruya bilməyib - 1:1.

Bu və digər komandaların nəticəsi ilə İstanbul komandası ilk 8-likdə təmsil olunma haqqını itirib. Ancaq türk komandası 12 xalla 19-cu yeri tutaraq pley-offa vəsiqə qaazanıb.

Aşağıda qeyd edilən cədvəldəki ilk 8 yeri tutanlar növbəti mərhələyə birbaşa vəsiqəni təmin ediblər. 9-24-cü yerlərdəki komandalar isə pley-offa mübarizə aparacaqlar. Qalan komandalar isə yarışla vidalaşıblar.

Ötən gecəki digər oyunlar isə belə bitib:

FCSB (Rumıniya) - "Fənərbağça" (Türkiyə) 1:1

"Qo Ehed İqlz" (Niderland) - "Braqa" (Portuqaliya) 0:0

"Panatinaikos" (Yunanıstan) - "Roma" (İtaliya) 1:1

"Genk " (Belçika) - "Malmö" (İsveç) 2:1

"Ştutqart" (Almaniya) - "Yanq Boyz" (İsveçrə) 3:2

"Şturm" (Avstriya) - "Brann" (Norveç) 1:0

"Nottinqem Forest" (İngiltərə) - "Ferentsvaroş" (Macarıstan) 4:0

"Ludoqorets" (Bolqarıstan) - "Nitsa" (Fransa) 1:0

"Midtyullann" (Danimarka) - "Dinamo" (Zaqreb, Xorvatiya) 2:0

"Bazel" (İsveçrə) - " Viktoriya" (Plzen, Çexiya) 0:1

"Seltik" (Şotlandiya) - "Utrext" (Niderland) 4:2

"Lion" (Fransa) - PAOK (Yunanıstan) 4:2

"Portu" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) 3:1

"Srvena Zvezda" (Serbiya) - "Selta" (İspaniya) 1:1

"Aston Villa" (İngiltərə) - " Zaltsburq" (Avstriya) 3:2

"Betis" (İspaniya) - " Feyenoord" (Niderland) 2:1

"Lill" (Fransa) - "Frayburq" (Almaniya) 1:0

"Makkabi" (Təl-Əviv, İsrail) - "Bolonya" (İtaliya) 0:3

Fərid ASLAN

mia.az