Hücumçu Yusif En-Nesirinin transferi danışıqlarında "dalana dirənən" İtaliyanın "Yuventus" klubu bu dəfə "Fənərbaxça"nın digər hücumçusu Con Durana "göz qoyub".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq "Yuventus" kolumbiyalı hücumçu Con Duran üçün İsttanbul klubuna rəsmi təklif göndərib.
Məlumata görə, klublar arasıdna 22 yaşlı hücumçunun transferi ilə bağlı danışıqlar başlayıb.
Xatırladaq ki, "Fənərbağça" mövsümün əvvəlində Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasından Duranı satın almaq şərtiylə icarəyə götürüb. O, indiyədək "Fənərbaxça"da 21 oyunda forma geyiib və 5 qol vurub.
Fərid Aslan
MİA.AZ