FİFA Türkiyə klubunu cəzalandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə 3-cü liqada mübarizə aparan İzmirin "Altay" klubunun prezidenti Sinan Kanlı açıqlama verib.
Onun sözlərinə görə, klubun əvvəlki illərdə polşalı qapıçı Adam Staçovyaka borcu qalıb: "Klub 2020-2021 mövsümündə 1-ci Liqada 4 oyun keçirən polşalı qapıçı Adam Staçovyaka faiz də daxil olmaqla borclu olduğu 600.000 avroya görə cəzalandırılıb. FİFAnın qərarına görə komandamızın 6 xalı ilkin cəza olaraq silinib".
Klub prezidenti deyib ki, borcla bağlı polşalı qapçı ilə danışıq aparıb, ondan güzəşt istəyib: "Günlərlə onunla danışdıq. Təəssüf ki, qapıçı Adam Staçovyakın güzəştə getmək və ya razılığa gəlmək istəmədi"
Fərid ASLAN
MİA.AZ
