2025-ci ilin oktyabr ayında Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-da Prezident Donald Trampla görüşü vaxtı Ağ Evdə kameralıarın açıq qalmasından xəbərsiz söyüş söyən, üstəlik təhqiramiz formada "ABŞ bizə hətta ANKA təyyarələri üçün matorları belə vermir", - sensasiyalı sirr açdığı üçün vəzifəsindən qovulan Türkiyənin məşhur NTV kanalının Vaşinqton üzrə müxbiri Hüseyn Günayın yeni iş yeri bəlli olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həmin hadisədən sonra ABŞ-dan Britaniyaya köçən jurnalist burada xeyli işsiz qaldıqdan sonra CHP-yə yaxınlığı ilə seçilən Halk TV-nin Avropa üzrə nümayəndəsi təyin edilib.
Bu barədə jurnalist Hüseyn Günayın özü belə açıqlama verib: "Salamlar, hər kəsə uğurlar. Mən Halk TV-dəyəm. Xoşbəxt və həyəcanlıyam. Avropanı yerində izləyəcəyəm. Tezliklə ekranda görüşənədək".
Hüseyn Namazov
MİA.AZ