Müğənni Ofeliya Şabanova tez-tez gündəmə gəldi həyat yoldaşı Ceyhun Şabanovla rəsmi nikahının olmaması barədə iddialara cavab verib.

Mia.az xəbər verir ki, müğənni "Rəngarəng" verilişində bu iddiaları təkzib edib.

"Hər şey gözəldir. Allaha şükür, rəsmi nikahım da var. Ortada bir-iki nəfər istəyir ki, məni xalqın gözündən sala. Bu da alınan şey deyil axı. Elin gözü tərəzidir, hamı baxanda bilir ki, kim kimdir. Kim necə həyat yaşayır. Qoy desinlər, Allaha həvalə edirəm.  Nə vaxt desəniz, nikah şəhadətnaməsini efirə gətirim. Belə şey olar?" - o bildirib/pravda.az