Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin vəzifədən çıxarılma xəbəri yayılıb.

Mia.az Oxu.az-a istinadla xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimli qurumun Aparat rəhbəri Mustafa Abbasbəylinin tutduğu vəzifədən azad olunması ilə bağlı əmr imzalayıb.

Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən isə məlumat təkzib olunub: "Belə bir əmr yoxdur".

Xatırladaq ki, M.Abbasbəyli 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilmişdi.

MİA.AZ