Azərbaycanın Gənclər və İdman nazirinin müşaviri Hikmət Babayev işdən çıxarılıb.
Məlumata görə, nazir Fərid Qayıbovun müvafiq əmri ilə Hikmət Babayev müşavir vəzifəsindən azad olunub.
Nazirin digər əmri ilə Hikmət Babayev idman komplekslərindən birinə direktor müavini təyin edilib.
Qeyd edək ki, Hikmət Babayev 2023-cü ildən sözügedən vəzifədə çalışırdı.
Onu da bildirək ki, Hikmət Babayev mərhum Xalq artisti Arif Babayevin qardaşı oğludur/Demokrat.az.