Bu gün UEFA Avropa Liqasında İstanbulda İngiltərənin "Aston Villa" komandaısnı qəbul edən "Fənərbağça" uduzub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, matç 1-0 qonaqlaırn xeyrinə başa çatıb.

Oyundakı yeganə qolu 25-ci dəqiqədə Sanço vuurb.

Matç boyu İstanbul komanası ələ düşən fürsəti dəyərləndirə bilməyib.

Bununla da "Fənərbağça" matçdan məğlub ayrılaraq, liqa sıralamasında ilk 8-likdə qərarlaşmaq şansını möcüzəyə bağlayıb. İngilis komanası isə "Aston Villa" 6 oyundan 6 qələbə qazanmaqla vəsiqəni təmin edib.

Növbəti son turda "Fənərbağça" hətta qalib gəlsə belə, ən yaxın rəqiblərinin uduzmasını gözləməli olacaq.

Onu da qeyd edək ki, "Fənərbağça" növbəti turda FCSB ilə səfərdə oynayacaq.

Fərid ASLAN

MİA.AZ