Türkiyə futbolunda mərc/qumar oyunlarına "bulaşan" məşqçilər, futbolçular, hakimlər, klub rəhbərləri və futbolçu alqı-satqısıyla məşğul olan menecerlərin cəzalandırılma prosesi davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Türkiyə Futbol Federasiyası daha 103 futbol menecerinə cəza kəsib.

Məlumata görə, onlar 45 gündən 12 aya qədər futboldan uzaqlaşdırlıb: "Bu müddətdə onların lisenziyaları qüvvədə olmayacaq"

Fərid ASLAN

MİA.AZ