"ABŞ-ın ələ keçirilən neft tankerinin heyətindəki iki Rusiya vətəndaşını buraxmaması bizi hədisz məyus edir. Ümid edirik ki, bu, tezliklə baş verəcək və vətəndaşlarımız evlərinə qayıdacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi həftəlik ənənəvi mətbuat konfransında deyib.
Zaxarova ABŞ-ın ayın əvvəlində Şimali Atlantikada bir neft tankerini ələ keçirməsindən xeyli vaxt ötdüyünü bildirib: "Bu qərarın verilməsindən xeyli vaxt keçib. Bizim üçün vacib və təcili olan odur ki, bu məsələnin həllində gecikmə bizi təəccübləndirir".
Samir Musayev
MİA.AZ