5 ay əvvəl İstanbulda yarışa qatılan və birdən-birə yoxa çıxan rusiyalı idmançının cəsədi tapılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 24 avqust 2025-ci ildə Boğaz Qitələrarası Üzgüçülük Yarışı zamanı yoxa çıxan Nikolay Andreyeviç Sveçnikovun meyiti bu gün İstanbulun Beşiktaş səmtində dəniz sahilində üzə çıxıb.
Məlumata görə, Məhkəmə Tibbi Ekspertiza Mərkəzindəki müayindən sonra meyitin şəxsiyyəti müəyyəən olunub: "İdmançının valideynlərindən götürülən DNT nümunələrindən sonra cəsədin Nikolay Andreyeviç Sveçnikova məxsus olduğunu təsdiqlənib. Onun artıq tanınmaz halda olan meyiti, müvafq prosedurlardan sonra ailəsinə təhvil veriləcək".
Xatırladaq ki, 24 avqust 2025-ci ildə 81 ölkədən 2820 idmançının iştirakı ilə Bosfor boğazı Qitələrarası Üzgüçülük Yarışında iştirak edən rusiyalı üzgüçü Sveçnikov naməlum şəraitdə yoxa çıxmışdı. O vaxtdan onun axtarışları fayda verməmişdi.
Hüseyn Namazov
MİA.AZ