Bu gün UEFA Çempionlar Liqasının VII turunda “Qarabağ” Bakıda Almaniyanın “Ayntraxt Frankfurt” komandası ilə oyuna çıxıb.
Mia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də start götürüb. Matç bəlli olmayan səbəbdən 3 dəqiqə gecbaşlayıb.
4-cü dəqiqədə "Qarabağ" Duranın zərbəsiyə hesabı açıb.
10-cu dəqiqədə Can Uzan hesaba tarazlıq gətirib - 1:1
İlk hissə bu hesabla başa çatıb.
77-ci dəqiqədə qonaqlar penaltidən hesabda önə çıxıb - 1:2
80-ci dəqiqədə komandamız Duranın qolu ilə bərabərliyi təmin edb - 2:2
90+4-cü dəqiqədə "Qarabağ"dan Bəhlul Mustafazadə tarixi qola imza atıb - 3:2
Oyun bu hesabla başa çatıb.
"Qarabağ" bu qolla 17-cı sırada növbəti mərhələyə yüksəlmə şansını qoruyub.
***
Qeyd edək ki, komandalar meydana aşağıdakı heyətlə çıxıblar.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina
"Ayntraxt": Kauan Santos, Artyur Teate, Robin Kox (k), Ansqar Knauff, Rasmus Kristensen, Elie Skiri, Huqo Larsson, Nnamdi Kollinz, Nataniel Braun, Riçu Doan, Can Uzun.
Zülfiyyə Mustafayeva
MİA.AZ