İstanbulda narkotik ittihamı ilə saxlanılan və daha sonra müayinədə qanında narkotik aşkarlanan aktrisa Ezgi Eyüboğlu səssizliyi pozub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bir çox media orqanlarında evində xeyli narkotik maddə aşkarlanması və bu yöndəki fotolara "üsyan" edib.
Aktrisa bildirib ki, bu saxta fotoları daha çox diqqəti çəkmək üçün yayırlar: "Bütün bu şeylər bu qızın evindən necə çıxdı?"
Evində heç nə tapılmadığını bildirən Eyüboğlunun sözlərinə görə, başqaların evlərindən çıxanları mətbuatda onun üzərinə "yükləyiblər": "Evimdə heç nə tapılmadı. Mənimlə heç bir əlaqəsi olmayan insanların evlərində tapılan əşyaları sanki evimdən gəlmiş kimi təsvir ediblər...".
Hüseyn Namazov
MİA.AZ

