UEFA Avropa Liqasının 7-ci həftəsində sabah "Aston Villa" ilə qarşılaşacaq "Fənərbağça"nın Baş məşqçisi Demonico Tedesco mətbuat konfransı keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, səviyyəli komandaya qarşı oynayacaqların deyəərk, matçı səbirsizliklə gözlədiklərini bildirib.
İlk 8-liyə düşmək şanslarının "Aston Villa" ilə oyundan asılı olduğunu xatırladan Tedesko deyib ki, əslində, çiox çətin matç olacaq: "Avropa Liqası çox çətin bir oyundur. Bir məğlubiyyətimiz var, amma turnir cədvəlinin ortasındayıq. İlk 8-liyə düşmək şansımız sabahkı oyundan asılıdır. Evdə oynamaq bizim üçün üstünlükdür. Əlimizdən gələni edəcəyik. Məqsədimiz sabah qalib gəlməkdir. Qalib gəlsək, üstünlük qazanacağıq, amma qalib gəlməsək, ilk 8-liyə düşmək bizim üçün çətin olacaq"
Baş məşqçinin sözlərinə görə, komandası yaxşı vəzyyətdədir: "Özünə inamımız yaxşıdır. Meydanda öz stilimizi əks etdirməyə çalışmalıyıq. "Aston Villa"nın Premyer Liqada qazandığı nəticələri gördünüz. Hazırda 3-cü yerdədirlər. Yaxşı komandadırlar və yaxşı oyunçuları var".
Fərid ASLAN
MİA.AZ