Yaponiyanın keçmiş baş naziri Şinzo Abeni Narada seçki kampaniyası zamanı öldürən öldürən şəxsin barəsində sui-qəsd hadisəsindən üç il yarım sonra hökm oxunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, günahını etiraf edən qatil Tetsuya Yamaqamiyə ömürlük cəza kəsilib.

O, son müdafiə çıxışında qəsdi ölkədəki dini durmla əlaqələndirib və mərhum baş naziri bu sahə üzrə qətiyətsiz davranışına görə öldürdüyünü deyib.

Yapmniya mətbuatı isə istintaqa istinadla yazır ki, anasının Birləşmə Kilsəsinə sədaqəti səbəbindən ailənin müflisləşməsi Yamaqaminin kilsəyə qarşı dərin kin bəsləməsinə səbəb olub: "Təqsirləndirilən şəxs keçmiş liderin bu mübahisəli kilsə ilə əlaqələrinin olduğunu əsas gətirərək, sui-qəsdi həyata keçirib".

Lamiyə

MİA.AZ