"Əgər ABŞ Qrenlandiyaya qarşı güc tətbiq edərsə, sakit dayanmayacağıq. Danimarka gücə güclə cavab verəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Danimarka Baş naziri Mette Frederiksen ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya qarşı növbəti ilhaq iddiası barədə açıqlamasına cavabda deyib.

Baş nazir Donald Trampın Qrenlandiyanı ələ keçirmək təhdidləri barədə hr sözünü diqqətlə izlədiklərini bildirib: "Əlbəttə, Trampın Qrenlandiyaya hərbi güc tətbiq etmə ehtimalını istisna etmiirk. Buna görə deyirəm: belə bir şey olarsa, eyni cavabı verəəcyimizə kiməs çşübhə etməsin. Məhz bu səbəbdən Qrenlandiyadakı hərbi təlimə başlamışıq. Qrenlandiyada NATO varlığı da artırılıb"

Samir MUSAYEV

MİA.AZ