ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi elçisi Tom Barrak Suriya Demokratik Qüvvələri (YPG/SDQ) adlanan qruplaşma ilə Dəməşq hökuməti arasında seçimlə bağlı maraqlı açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o,SDQ ilə müqayisədə hkumət qüvvələrinin İŞİD-ə qarşı daha istəkli mübarizə əzmində olduğunu deyib: "Dəməşq İŞİD-ə qarşı bizimlə daha ürəklə əməkdaşlıq edir. Bu, həmçinin ABŞ-SDQ tərəfdaşlığının əsas səbəbini dəyişdirib. Deyə bilərəm ki, SDQ-nin Suriyada əsas İŞİD əleyhinə qüvvə kimi funksiyası başa çatıb".

Tahir Şəlvəli

MİA.AZ