Bolqarıstan Prezidenti Rumen Radev vəzifəsindən istefa verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Radev bildirib ki, sabah ərizəsini Konstitusiya Məhkəməsinə  təqdim edəcək: "Sabahdan Prezident səlahiyyətləri vitse-prezident İliana Yotovaya təhvil veriləcək"

O, xalqa müraciətində 9 illik fəaliyyət dövründən danışıb, bu müddətdə yeddi hökumətlə işlədiyini atırladıb: "Bu dövrdə Bolqarıstanın Avropa inteqrasiyasını, o cümlədən Şengen zonasına qoşulmaq və avronu qəbul etməyə nail oldum. Lakin təəssüf ki, bu iki nailiyyət ölkəyə sülh və sabitlik gətirmədi. Oliqarxiya son konstitusiya dəyişiklikləri ilə icra hakimiyyətlərinə nəzarəti ələ keçirdi. Payızda baş verən ictimai etirazlar hökuməti devirdi və mafiyaya qarşı konsensus yaratdı".

Radev  vətəndaşları narazılığını da qəbul edib: "Bizə yeni sosial layihlər lazımdır. Payız etirazlarında küçələrə çıxan gənclərimiz artıq Bolqarıstanı tərk etmək istəməir. Onlara şərait yaradılmalıdır"

Firudin Səfərli

MİA.AZ