Rusiya Ukraynada irəliləyir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, bu gün Zaporojye və Donetsk bölgələrində ordu birləşmələri Ukrayna hərbçilərini geri çəkilməyə məcbur edib: "Rusiya qüvvələri nəticə etibarı ilə Zaporojye bölgəsindəki Pavlovka, Donetsk Xalq Respublikasında isə Novopavlovka yaşayış məntəqəsini azad edib".
Açıqlamada son sutkada Rusiya əraziləri üzərində 92 Ukrayna dronunun vurulduğu da bildirilib.
Firudin Səfərli
MİA.AZ