"Ukrayna böhranının həllinə yönəlmiş danışıqların növbəti mərhələsi İstanbulda keçirilə bilər".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, istər Moskva, istərsə Kiyev görüşün İstanbulda davam etməsnə müsbət baxır: "İstanbul variantı mövcuddur. Bütün tərəflər buna müsbət baxır. Mövcud şərtlər (İranla müharibə nəzərdə tutulur -Mia.az) Əbu-Dabi variantını arxa plana atır. Hələlik danışıqların yeni mərhələsi ilə bağlı konkretlik yoxdur, lakin prosesin davamına iradə var"

Hüseyn Namazov

MİA.AZ