Xəbər verdiyimiz kimi, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova həyat yoldaşı Habil Eyvazovun “Tiktok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.
Mia.az Demokrat.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı Prezident Administrasyasndan Füzuli Rayon İcra başçısı Alı Alıyevə xəbərdarlıq edilib, ona dövlətin etimadını doğrultmadığına dair irad bildirilib.
Bu səbəbdən də həmin görüntülərin çəkildiyi gün məzuniyyətdə olan icra başçısı Alı Alıyev istirahətini yarımçıq qoyaraq işə qayıdıb.
Qeyd edək ki, Gülbahar Eyvazova işdən ayrılmaq üçün bu gün ərizə yazıb.
Xatırladaq ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova həyat yoldaşının “Tiktok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.
Mia.az xəbər verir ki, o, içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləyib, həmçinin söyüşlərdən istifadə edib.
Bu gün isə o, xalqdan üzr istəyib.
Həmin videonu təqdim edirik: