Aktrisa Türkü Su Dəmirəl yeni sevgili olduğöu "Beşiktaş"ın qapıçısı Əmrə Bilgindən ayrılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, cəmi bir ay əvvəl İstanbulda obyektivə tuş gələn cütlüyün ayırlma səbəbi bəlli deyil.
Məlumata görə, aktrisa Əmrə Bilgini artıq sosial mediadan izləməyi də dayandırıb.
Xatırladaq ki, ötən ay İstanbulda yan-yana görüntülənən cütlük sevgili olmalarını təsdiqləyiblər.
Hüseyn Namazov
MİA.AZ


