Ədliyyə Nazirliyi Azərbaycan Xalq Partiyasının (AXP) sonuncu qurultayının nəticəsini təsdiqləyib.
Bu barədə partiya sədri Qiyas Sadıqov məlumat verib.
Beləliklə, Qiyas Böyükağa oğlu Sadıqov partiyaya sədrliyi təsdiq olunub.
Xatırladaq ki, Pənah Hüseyn 1999-cu ildə təsis etdiyi AXP-nin ilk sədri olub. Sabiq baş nazir 2025-ci il iyunun 16-da partiya sədrinin səlahiyyətlərinin icrasını müavini Qiyas Sadıqova həvalə etmişdi.
AXP-nin dekabrın 14-də keçirilən qurultayında Qiyas Sadıqov AXP-yə sədr seçilib.