Pakistanın Feysələbad şəhərindəki yapışqan zavodunda partlayış olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, partlayışın qaz sızması nəticəsində baş verdiyi deyilir.

Məlumata əsasən, baş verən partlayışda azı 15 nəfər ölüb, çoxlu sayda yaralı var: "17 nəfər yaralanlb, onlardan 8-nin vəziyyəti ağırdır".

Xəbərə görə, partlayışdan sonra başlayan yanğən ətrafdakı binalara da keçib: "Ümumilikdə 7 ev də yanıb, 6 evin isə dam örtüyü sıradan çıxıb. Hadisə ilə bağlı istintaq başlayıb".

Tahir Şəlvəli
MİA.AZ