"Real Partiyasının keçmiş funksioneri, politoloq Azər Qasımlıya bu gün hökm oxunub.
Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynov ona 12 il həbs cəzası kəsib.
Qeyd edək ki, A.Qasımlı 2024-cü ilin dekabr ayında 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə saxlanılmışdı.