Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin toyunun görüntüləri müzakirə yaradıb.
Belə ki, toyun əvvəlində hicablı bir xanımın kişilərin önündə "Fatihə" surəsini oxuması birmənalı qarşılanmayıb.
Bildirilir ki, qadın "Quran" oxuyarkən səsi yad kişilər tərəfindən eşidilməməlidir.
Xalq aristi Alim Qasımov Pravda.az-a açıqlamasında bu fikirləri qəbul etməyib.
O bildirib ki, nəvəsinin toyu dini toy olmayıb: "Bütün məclislərdə mərasim zallarında qadınlar mərsiyə deyirlər, "Quran" oxuyurlar, bütün kişilər eşidir. Qadınlara araq vermədik, içib sərxoş olalar… Bir yerdə ki Allah kəlamı gəlir... Dini toy deyildi, camaat oynayırdı. Qadınlar idi, özləri üçün mübarək bir toy etdilər".