Suriya ordusu dünən Dakkada təslim olan YPG qruplaşmasının geri çəkilməsi ilə eyni vaxtda Mənbicin cənub-qərbindəki Tişrin su anbarına nəzarəti bərpa edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Surya ordusu məlumat yayıb.

Bildirilib ki, artıq su anbarı tamamilə ordunun nəzarəti altındadır: "Heç bir toqquşma olmadan nəhəng su anbarı artıq ələ keçirilib".

Xatırladaq ki, Suriya ordusu ilə qruplaşma arasında yanvarın 15-dən anbar ətrafında ciddi toqquşmalar olsa da, nəticə hasil olmamışdı.

Tahir Şəlvəli

MİA.AZ