İspaniyanın cənubundakı Əndəlüs bölgəsindəki Kordova yaxınlığında iki sürətli qatar toqquşub. Nəticədə qatarlar relsdən çıxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilkin məlumata görə, əvvəlcə Malaqadan Madridə gedən yüksək sürət qatarı relsdən çıxıb. Nəticədə 3 vaqon qarşı yola aşıb. Bu isə qarşı tərəfdən gələn qatarın da qəzaya düşməsinə səbıb olub.

Məlumata görə, qəzada ən azı 39 nəfər hadisə yerində ölüb, yüzdən çox yaralı var.

Xəbərdə o da deyilir ki, birinci qatarda 317, ikincisində isə 100 sərnişin olub.

Samir Musayev

MİA.AZ