"ABŞ prezidenti Donald Trampın 800 etirazçının edam hökmünün ləğvi ilə bağlı açıqlamaları məsuliyyətsiz və yalan açıqlama idi".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi mətbuat konfransında suallara cavabda deyib.
XİN rəsmisi bildirib ki, həbs edilən aksiyaçılarla bağlı məhkəmə qərarları üçün bəlli vaxt lazımdır: "İranda müzakirə mövzusu olan 800 nəfərin edam edilməsi üçün məhkəmə qərarları vaxt tələb edir. Belə vacib məsələ ilə bağlı tələm-tələsik qərar qəbul etmək mümkün deyil, axı...".
Etirazlar zamanı bəzi səfirliklərin bağlanması ilə bağlı suala cavabda isə XİN rəsmisi bildirib ki, bu xəbər də doğru deyil: "İnternetin kəsilməsi və hadisələrlə bağlı ölkədə yaranan vəziyyətdən narahat olan bəzi səfirliklərin diplomatları ölkələrinə qayıdıblar. Lakin heç bir səfirlik bağlanmayıb. Ümid edirik ki, həmin diplomatlar ən qısa zamanda geri qayıdacaq və səfirlik fəaliyyətləri normal şəkildə bərpa olunacaq".
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl İranda 800-dən etirazçınn edam hökmünün ləğvinə görə Tehran rejiminə təşəkkür etmişdi.
Tahir Şəlvəli
MİA.AZ