Suriya ordusu Sirya Demokratik Qüvvələri (SDQ) adı altında fəaliyyət göstərən 90 minlik YPG qüvvələrinin yerləşdiyi neftlə zəngin Rakka şəhər mərkəzi uğrunda döyüşə başlayıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu gün saat 18 radələrində YPG-nin sərt müqavimətiylə qarşılaşan Suriya ordusu qüvvələri parçalamaq üçün Türkiyə sərhədindəki Tel Abyad bölgəsindən də Rakkanın kənd ərazilərinə və Haseke istiqamətində daha iki cəbhə açıb.

Məlumata görə, Suriya ordusuna bu əməliyyatda əşirət silahlıları da dəstək verir: "Əgər ordu Tel Abyad ərazisindən Rakkaya girərsə, o zaman SDQ-nin nəzarəti altında olan Ayn əl-Ərəb ilə Haseke arasındakı əlaqə kəsiləcək".

Tahir Şəlvəli

MİA.AZ