İstanbulda narkotik itihamı ilə saxlanıla, daha sonra isə ölkədən çıxşına qadağa qoyulmaqla sərbəst buraxılan məşhur aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlunun narkotestlərini cavabları bu gün çıxıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hər iki tanınmış şəxsin saç, qan və dırnaqdan götürülmüş nümunələri neqativ, yəni, təmiz çıxıb
Bu nəticədən sonraOktay Kaynarca açıqlama verib: "Başım dik, alnım açıqdırr. Həyatım boyu böyüklərimdən miras aldığım prinsiplərə uyğun yaşamağa çalışmışam. Ləyaqət, şərəf, dürüstlük, vicdan və şəfqət həyat fəlsəfəmin dəyişməz anlayışları olub. Bu yaxınlarda hər kəsin şahidi olduğu bu xoşagəlməz ittiham üzrə bəraət qazandım. O vaxt da dedim, indi də deyiəm: narahat olmayən, başım ucadır. Bu, vədim sübut olundu...."
Ləman
MİA.AZ