"Geniş Ailə", "Oflu Hoca", "Emret Komutanım", "Cenazemize Hoşgeldiniz", "Aile Terbiyesi" və "Adalet" kimi bir çox serial və filmlərdə yadda qalan rolları canlandıran türkiyəli aktyor Üfuk Özkan xəstəxanaya yerləşdirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  bu barədə aktyorun qardaşı, aktyor Umut Özkan açıqlama verib.

O bildirib ki, qaraciyər çatışmazlığından əziyyət çəkən qardaşına qara ciyər köçürülməlidir: "Çox təəssüf ki, mən qardaşım üçün donor ola bilmədim.  Donor testimin nəticəsi bu gün  açıqlandı. Ümidsiz deyiliik. Donor tapılacağına inanırıq"

Ləman

MİA.AZ