İstanbulda məşhurlar aktyor, aktrisa, bloger, iş adamları və sair kateqoriyalara qarşı narkotik və fahişəliyə cəlbetmə ittihamları üzrə əməliyyatlar davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün su səhər aktrisalar Melis Sabah və Çağla Boz başda olmaqla, daha beş nəfər saxlanılıb.
Mlumata görə, Bozun evində aparılan axtarış zamanı on bir ədəd "patı" çıxıb.
Bu arada keçmiş milli futbolçu Ümit Karanın da daxil olduğu 18 nəfərdən ibarət saxlanılan qrup bu gün polis bölməsində dindirilmələri başa çatıb. Onlar istanbuldakı Çağlayan Məhkəməsinə sövq ediliblər.
Hüseyn Namazov
MİA.AZ
