Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci il üçün maliyyə hesabatlarını açıqlayıblar.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, banklar arasında ən yüksək mənfəəti “Beynəlxalq Bank” (ABB) əldə edib.

Səhmləri dövlətə məxsus olan bu bankın 2025-ci ildə xalis mənfəəti 335 milyon 693 min manat olub.

İkinci yerdə “Kapital Bank” ASC qərarlaşıb. Səhmlərinin 99,89%-i “Paşa Holdinq”ə məxsus olan bu bankın xalis mənfəəti 315 milyon 13 min manat olub.

Maliyyə hesabatını açıqlayan banklar arasında zərərlə işləyən yeganə bank “Bank BTB” ASC olub. Ötən ilin yekununda “Bank BTB” ASC-nin xalis zərəri 404 min manat olub.

Qeyd edək ki, 5 ildir “Bank BTB” ASC zərərlə işləyir. Belə ki, 2024-cü ildə bankın xalis zərəri 839 min manat, 2023-cü ildə 2 milyon 779 min manat, 2022-ci ildə 4 milyon 975 min manat, 2020-ci ildə isə 9 milyon 130 min manat olub.

Cədvəldə bankların son 2 ildəki xalis mənfəəti və zərəri təqdim olunub: