Qəzzadakı HƏMAS-ın silahlı qanadı olan "əl-Kassam Tuqayları" bu gün daha bir yəhudinin cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "əl-Kassam Tuqayları" bəyanat verib.

Bəyanatda deyilir ki, tunellərin birindəki dağıntılar altında aparılan axtarış zaman tapılan cəsəd saat 21.00-da (Bakı vaxtilə-Mia.az) BQXK-un nümayəndələrinə təslim olunacaq.

Xatırladaq ki, "Kassam Tuqayları" ötən gecə də bir cəsədi təhvil verib.

Tahir Şəlvəli
MİA.AZ