Hərbi qulluqçuların, dövlət qulluqçusu olmayan mülki işçilərin və hərbçilərin hərbi rütbəyə görə maaşlarının məbləğlərində dəyişiklik təsdiqlənib.
Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilib.
Bu Qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.