ABŞ-da zəlzələ olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, Oregon sahillərində  baş verən 6 bal gücündəki zəlzələnin episentri ştatın Bandon şəhərindən 295 kilometr qərbə düşüb və 10 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik itki və ya maddi ziyan barədə heç bir məlumat verilməyib.

Zülfiyyə

Mia.az