“Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min? Belə şey yoxdur”.
Mia.az-ın məlumatına görə, bu sözləri Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərov "Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun ondan 300 min rüşvət alması barədə iddiası barədə Gununsesi.info-nun sorğusuna cavabında deyib.
Əlavə şərh verməkdən imtina edən sabiq icra başçısı telefonun dəstəyini asıb.
Xatırladaq ki, İsfəndiyar Axundov mediaya açıqlamasında Binəqədinin sabiq icra başçısına rüşvət verdiyini demişdi: "İş görə-görə gəlib ‘Hollivud’ şadlıq evinə əl qoydular və dedilər ki, 300–400 min manat verməlisən. Məcbur qalıb verdim. Başqa nə etməli idim?”.
Mia.az