"Türkiyə Yaxın Şərq münaqişəsində vasitəçi rolu ilə Qəzzada sülühn yaranması istiqamətində atıılmış tarixi atəşkəsə mühim töhfə verdi".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri İohann Vodeful Ankaraya səfəri öncəsi deyib.

O bildirib ki, bundan sonra da Türkiyənin vasitəçi kimi üzərinə böyük məsuliyyət düşür: "Qəzza xalqına təhlükəsiz və ləyaqətli gələcək təmin etmək, bir daha oxşar hadisə və hücumların təkrarlanmaması üçün səylər davam etməlidir"

Nazir daha sonra Türkiyənin Suriyadakı təqdirəlayiq addımlarını tərifləyib.

"Türkiyə NATO alyansı daxilində bizim üçün mərkəzi strateji tərəfdaşdır" deyən nazir əlavə edib ki,  hazırda NATO üçün ən böyük təhlükə olan Rusiyanın Ukraynaya qarşı müharibəsidir ki, burada da Ankara həll prosesində əsas rol oynaya bilər".

Zülfiyyə Mustafayeva
MİA.AZ