"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə yeni təyinat olub.
Bu barədə QSC sədri Rövşən Rüstəmov əmr imzalayıb.
Əmrə əsasən, Eldar Mehman oğlu Eyvazov Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin Risk inzibatçılığı şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Eldar Eyvazov 1992-ci ildə anadan olub. O, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə bakalavr, 2016-cı ildə həmin universitetin Xidmət sferasında mühasibat uçotu və audit ixtisası üzrə magistr pillələrini bitirib.
O, əmək fəaliyyətinə 2014-cü ildə "Azərbaycan Şəkər İB" MMC-də başlayıb, sonra "Azersun Holding", İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və "Paşa Sığorta" ASC kimi şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb/oxu.az.